“Qarşıda bizi “Turan Tovuz”la vacib oyun gözləyir. Bizə qələbə çox vacibdi. Bunun üçün isə hər şeyi edəcəyik”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Georgi Kantariya deyib.
O, Misli Premyer Liqasının 14-cü turunda “Turan Tovuz”la oynayacaqları “Qərb derbisi”ndən danışıb: “Bəli, hər şeydən xəbərimiz var. Prinsipial rəqib olduğunu bilirik. Maksimum dərəcədə hazırıq. Qələbə qazanmaq istəyirik. Bununla da azarkeşlərimizi sevindirmək niyyətindəyik”.
Gürcü futbolçu bu matçın onlar üçün xüsusi olması barədə suala belə cavab verib: “Bizim üçün hər oyun vacib və xüsusidi. Çünki turnir cədvəlindəki mövqeyimizi ysxşılaşdırmaq, mümkün qədər yuxarılara qalxmaq istəyirik. Ona görə də hər oyun bizim üçün böyük önəm daşıyır”.
Kantariya 13-cü turda “Qarabağ”a məğlubiyyətdən də söz açıb: “Qarabağ” çox güclü komandadı. Yaxşı futbol oynayırlar. Bilirdik ki, ağır oyun olacaq. Amma bizim komanda da yaxşı oynadı. Layiqli futbol nümayiş etdirdik. Əgər səhvlər etməsəydik, fərqli nəticə də olardı”.
AĞA