Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.
Sözləşmənin müddəti 2024-cü ilin sonunadək nəzərdə tutulub. Rusiyalı mütəxəssis yığmaya bu ilin mayından rəhbərlik edir.
Xatırladaq ki, Qazaxıstan UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi isə 10 xalla ikinci yeri tutub.