Noyabrın 12-də Azərbaycan Basketbol Liqasında 5-ci turun iki oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, günün ilk görüşündə çempionatın məğlubiyyətsiz komandası NTD “Sabah” basketbolçuları ilə qarşılaşıb.
Matçın ilk periodundan üstünlüyü ələ keçirən “Sabah” komandası yekunda rəqibi üzərində 77:70 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular NTD-dən Stenford Villiam (25 xal, 8 ribaund), “Sabah”dan (Udan Osaku – 22 xal, 9 ribaund) olub.
Günün ikinci oyunu “Olimpik Şəki” və “Zirvə Astara” komandaları arasında keçirilib. Son topa qədər davam edən oyunun yekununda “Olimpik Şəki BK” basketbolçuları rəqibinə 95:92 hesabı ilə qalib gəliblər.
Matçın ən məhsuldarları “Olimpik Şəki”dən Delvin Haf (37 xal, 4 asist), “Zirvə Astara”dan Rasshard Kruikşenk (21 xal, 3 asist) olublar.
Turun son oyunu 14 noyabrda (saat 19:00) “Sərhədçi” və “AAAF Xırdalan” komandaları arasında keçiriləcək.