“Oyun çətin idi. “Səbail” yaxşı təşkil olunmuş komandadır. 1 xal almaq üçün müdafiədə yaxşı mübarizə aparırdılar”. Bunu futbolinof.az saytına açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Hamidu Keyta deyib.
O, Azərbaycan Premyer Liqasının 14-cü turunda “Səbail” üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan danışıb. Fransalı futbolçu komandanın qeyri-sabit çıxışından da danışıb: “Bəli, qeyri-sabitlik var və bu komandanın eyni heyətə sahib olmamasından qaynaqlanır. Yeni futbolçular gəldi, gedənlər oldu. Yenilərin taktikanı başa düşməsi üçün zaman lazımdır. Mövsümün birinci yarısını dəyərləndirsək 50-50-lik ilk yarı deyərəm. Çünki bəzi oyunları yaxşı, bəzilərini pis oynadıq. Təbii ki, bir az dəyişikliyə ehtiyacımız var. Düşünürəm ki, baş məşqçi Rəşad Sadıqov mövsümün ikinci yarısı üçün bizə nə lazım olduğunu bilir. Mən vəziyyəti təkbaşına dəyişə bilmərəm. Biz 26 futbolçuyuq və hər kəsin görməsi olan işlər var. Mövsümü 4-cü yerdə bitirmək üçün əlimizdən gələni edəcəyik”.
Növbəti turda “Qarabağ”la qarşılaşacaq zirəlilərin yarımmüdafiəçisi “Qarabağ”a son oyundakı 1:7 hesablı məğlubiyyət bu matça təsir edəcək” sualına belə cavab verib: “Bəli, növbəti oyun çempionatın liderinə qarşıdır. Güclü komanda ilə yaxşı oyun olacaq. Onlar son matçda bizə böyük hesabla qalib gəldilər. Lakin bu bizə təsir etməyəcək. Futbolda belə məğlubiyyətlərdən də nəsə öyrənirik. Yaxşı oyun olacaq və qələbə üçün maksimumu ortaya qoyacağıq”.
AĞA