İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.
Yarışın ilk günündə Tural Sarıyev (48 kq), Sənan Hətəmov (67 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) rinqə çıxacaqlar.
1/32 final mərhələsi
Sənan Hətəmov (67 kq) – Neri Kanaviri (Boliviya)
1/16 final mərhələsi
Tural Sarıyev (48 kq) – Titivat Flonqaurai ( Tayland )
Amin Məmmədzadə (51 kq) – Sing Mandenqbam (Hindistan)
Kamil Babayev (54 kq) – Riçard Erazo Çaça (Ekvador)
Mətin Məmmədov (57 kq) – Akjol Asilbek Uluu (Qırğızıstan)
Tacı Tağızadə (60 kq) – Li Makevoy (İrlandiya)/Muhammed Bursa (Türkiyə)
Daniel Xolostenko (71 kq) – Sahil Çauhan (Hindistan)
Rza Rzazadə (75 kq) – Antonio Leyva (Argentina)
Fətəli İsmayılov (80 kq) – Mixail Tsamalidis (Yunanıstan)
Rəşid Məmmədov (86 kq) – İbrahim Hamza (Misir)/Giorgi Dekanozişvili (Gürcüstan)
Mehparə Məmmədova (48 kq) – Lyuba Atanasova (Bolqarıstan)
Aysu Dərvişova (57 kq) – Quadalupe Peres (ABŞ)
1/8 final mərhələsi
Səbuhi Əlizadə (+92 kq) – Aleksandr Zelenski (Ukrayna)
Dünya çempionatında 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparacaq. Mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.