Moldova millisinin yarımmüdafiəçisi Viktor Stıne Azərbaycan və Rumıniya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu federasiyanın rəsmi saytına müsahibəsində bunları söyləyib:
“Azərbaycan və Rumıniya ilə oyunları səbirsizliklə gözləyirik. Bu qarşılaşmalarda yaxşı oynamağa çalışacağıq. Təbii ki, nəticə qazanmaq da bizim üçün vacibdir”.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.