Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov səfərdə Moldova yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, “Neftçi”yə məxsus 30 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Moldova yığmasının zəif komanda olduğunu düşünmürəm. Bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. Asan oyun olmayacaq”.

Noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq Moldova – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Shares: