Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Moldova yığmasının qonağı olub.
Paytaxt Kişinyovdakı “Zimbru” stadionunda baş tutan oyunu Ukraynadan olan hakimlər idarə ediblər. Üç qolun qeydə alındığı bu oyunda Azərbaycan futbolçuları qələbəyə seviniblər.
Yoxlama oyunu
16 noyabr
Moldova – Azərbaycan 1:2
Qol: N.Motspan, 90+2 – E.Mahmudov, 28. A.İsayev, 42.
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (hamısı Ukrayna), Roman Jitari (Moldova).
Kişinyov. “Zimbru” stadionu.
Moldova: 1. Dmitri Çelyadnik. 2. Oleq Ryabçuk, 4. İqor Armaş, 7. Artur Yonitse (k), 10. Yevgeni Koçuk, 11. Vitali Damașkan, 13. Mixail Kaymakov, 14. Yuri Yovu, 17. Daniel Dumbravanu, 21. Yoan-Kelin Revenko, 22. Vadim Ratse.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 23. Dorian Raylyan, 3. Vadim Boloxan, 5. Serciu Platika, 6. Kristian Dros, 8. Nikita Motspan, 9. Mixail Ştefan, 15. Yon Jardan, 16. Viktor Stıne, 18. Marius Yosipoy, 19. Virciliu Postolaki, 20. Mixai Platika, 24. Yaser Tsurkan, 25. Sergey Kleşenko, 26. Serafim Kojokar.
Baş məşqçi: Sergey Kleşenko.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15. Bəxtiyar Həsənalızadə, 18. Anton Krivotsyuk, 19. Elvin Cəfərquliyev, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev, 24. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazade, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Anatoli Nuriyev, 14. Ceyhun Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 25. Rövlan Muradov, 26. Qismət Alıyev.
Baş məşqçi: Canni De Byazi.