Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 2-ci turunda polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibinə 1,5:2,5 hesabı ilə uduzub. Təcrübəli şahmatçı 3-cü turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

O, hazırda 8 şahmatçı arasında 3 xalla 5-ci pillədə qərarlaşıb. İti zəka sahibi ilk turda hindistanlı Rameşbabu Praqqnanandhaya qalib gəlmişdi – 2,5:1,5.

Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Shares: