“Yuventus”un və Polşa millisinin qapıçısı Voyçex Şesnı Qətərdə keçiriləcək dünya çempionatının onun üçün son mundial olacağını açıqlayıb.
32 yaşlı qolkiper bu barədə “TVP Sport”a açıqlamasında deyib: “DÇ-2026? 4 il sonra indiki kimi oynaya biləcəyimi düşünmürəm. Ümumiyyətlə, həmin vaxta qədər karyeramı davam etdirəcəyimi təsəvvür etmirəm”.
Şesnı Polşa yığmasında 66 oyun keçirib. Milli bu il Qətərdə keçiriləcək mundialda B qrupunda Argentina, Meksika və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.