Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin sabiq müdafiəçisi Qari Keyhill karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, təcrübəli oyunçu 37 yaşında futbolla vidalaşıb.

Keyhill 2012-2019-cu illərdə “Çelsi”də çıxış edib. O, “zadəganlar”la iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.

Keyhill son olaraq “Bornmut”da çıxış edib.

Shares: