“Sabah” yarımmüdafiəçisi Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti artırılıb.

Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

Shares: