Norveç millisinin sabiq hücumçusu Con Karyu həbs olunub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

O, vergidən yayındığı üçün 14 ay həbs cəzasına məhkum edilib. Oslo məhkəməsi Karyunun 2017-ci ildən 2019-cu ilə qədər xaricdəki gəlirləri və aktivləri haqqında məlumatları gizlətdiyini müəyyən edib. Həbsdən əlavə, Con vergi saxtakarlığına görə 45 min 353 funt sterlinq cərimə olunub.

43 yaşlı Karyu klub səviyyəsində “Vest Hem”, “Stok Siti”, “Aston Villa”, “Lion”, “Beşiktaş”, “Roma”, “Valensiya” və “Rusenborq”da çıxış edib. O, 1998-2011-ci illərdə Norveç millisinin heyətində 91 matçda meydana çıxaraq 24 qol vurub.

Shares: