Niderland millisinin baş məşqçisi Lui van Qal azarkeşlərin müdafiəsinə qalxıb. O, qığma tərəfdarlarının Qətərdə keçiriləcək Dünya Çempionatını boykot etmək qərarı ilə bağlı fikirlərini bölüşərkən belə deyb.

AFP-ə müsahibəsində 71 yaşlı mütəxəssis fanatların qərarına haqq qazandırıb: “Düşünürəm ki, Qətərdəki Dünya Çempionatını boykot edən azarkeşlər haqlıdırlar. Onlar qərarlarının doğruluğuna inanırlar. Mən bunda problem görmürəm. Ümid edirəm ki, biz möcüzəvi oyun sərgiləyərək finala çıxacağıq. Onlar isə televizorda matçlarımızı seyr etməklə nə qədər gözəl oynadığımıza şahid olacaqlar. Biz belə yarışları futbol ölkələrində oynamalıyıq. Çünki onların bu cür böyük turnirlərin keçirilməsində daha çox təcrübəsi var. Amma unutmayaq ki, Qətərin tamam başqa mədəniyyəti movcuddur. Özümüzə isə baxıb deməliyik ki, doğrudanmı bizdə evdə hər şey həqiqətən yaxşıdır? Hələlik mənim Qətərdəki Dünya Çempionatının təşkilatçılığı ilə bağlı sualım yoxdur”.

Xatırladaq ki, Niderland millisi DÇ-2022-nin A qrupunda Qətər, Ekvador və Seneqala qarşı mübarizə aparacaq.

Shares: