Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik baş verdi. Moldova ilə yoldaşlıq oyununun 28-ci dəqiqəsində fərqlənən Emin Mahmudov ən sərrast oyunçuların siyahısında artıq 2-ci yerdədi.

Yığmada keçirdiyi 35-ci matçda 9-cu dəfə fərqlənən yarımmüdafiəçi bu göstəricidə Vaqif Cavadova çatdı. Sonuncunun karyerasını bitirdiyini nəzərə alsaq, Eminin onu geridə qoymaq ehtimalı böyükdür.

Mahmudovun millimizin ən sərrast oyunçusu olan Qurban Qurbanova çatması üçün daha 5 qola ehtiyacı var. Yığmanın rekordçusu olan Qurban Qurbanov 14 dəfə rəqib qapıçıları məyus edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp