Yoldaşlıq oyununda Moldovaya qalib gələn Azərbaycan millisi rekorda imza atdı. 2:1 hesablı nəticə millimizin tarixdə ilk dəfə ardıcıl 4 qələbə qazanmasını rəsmiləşdirdi.

Daha əvvəl 3 ardıcıl qələbəyə nail olmuş millimiz Canni de Byazinin vaxtında bu həddi keçdi. Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanla (3:0) matçlardan sonra yığmamız həm də ilk dəfə ardıcıl iki səfər oyununu qələbəylə başa vurmağı bacardı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp