Avstriya millisinin skautları Azərbaycan yığmasının oyununu izləyəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik məlumat verib.
Onun sözlərinə görə, millinin skautları AÇ-2024-ün seçmə mərhələsində rəqiblərinin qarşıdakı yoldaşlıq görüşlərini izləyəcəklər:
“Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz olan İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir”.
Azərbaycan millisi dünən yoxlama oyununda Moldovaya 2:1 qalib gəlib. Noyabrın 20-də Canni De Byazinin rəhbərlik etdiyi komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Azərbaycan millisi AÇ-2024-ün qrupunda ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.