“Azərbaycan yığması yaxşı rəqibdir. Amma biz ili qalib başa vurmaq istəyirik” – bunu futbolinfo.az-a açıqlamasında Şimali Makedoniya yığmasının üzvü Elif Elmas deyib.

“Napoli”nin yarımmüdafiəçisi Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən danışıb: “Azərbaycan bizim üçün daha bir keyfiyyət sınağıdır. Komandamızın qələbəyə ehtiyacı var. Yorulsaq da, matçdan qalib ayrılmaq istəyirik. Rəqibin oyunlarını izləmişik və qələbələr qazanıblar. Lakin Şimali Makedoniya millisi bu matçdan qalib ayrılmalıdır”.

Qeyd edək ki, Şimali Makedoniya – Azərbaycan matçı noyabrın 20-də Skopyedəki Todor Proeski Milli Arenasında keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp