Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda mümkün olacaq. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Qeyd edək ki, İslamın dövlət dini kimi qəbul edildiyi Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qəti qadağandır. Yalnız Dohadakı bəzi otellərdə buna icazə verilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp