Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Kamerun yığmasının Panama ilə heç-heçə etdiyi gündə Serbiya millisi Bəhreyn üzərində darmadağına sevinib.
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığması isə DÇ-2022 öncə Misir komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda misirlilər qələbə qazanan tərəf olub. Mustafa Məhəmməd (33) və Trezeqenin (46) vurduğu qollarla məğlub duruma düşən Avropa təmsilçisi, 76-cı dəqiqədə Luis Opendanın vurduğu təsəlli qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Yoxlama oyunları
18 noyabr
Sent Lusiya – San Marino 1:1
Kamerun – Panama 1:1
Belçika – Misir 1:2
Bəhreyn – Serbiya 1:5