“Beşiktaş” futbolçusu Tayler Boydla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
ABŞ millisinin üzvünün müqaviləsinin ləğv olunduğu göstərilib.
“Beşiktaş” Tayler Boydu 2019-ci ilin yayında “Vitoriya Gimaraynş”dan transfer edib. 27 yaşlı vinger son iki mövsümü icarə əsasında “Sivasspor” və “Risəspor”da keçirib. Boyd cari mövsümdə “Beşiktaş”ın heyətində 45 dəqiqə meydanda olub.