Belçika millisi FİFA-nın tələbi ilə Qətərdə təşkil olunan DÇ-2022 üçün hazırlatdığı formasını dəyişib. Əvvəlcə belçikalılar çoxrəngli “Sevgi şüarı” yazılmış ağ köynəklərdə çıxış etməyi planlaşdırırdılar. Lakin FİFA milli komandaların forması ilə bağlı qaydalara əsasən, Belçikanı geyimi qırmızıya dəyişməyə məcbur edib.

Belçika Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib: “Biz “Tomorrowland”a istinad etdiyimizə görə kommersiya məqsədləri üçün bundan imtina etməli olduq”.

Qeyd edək ki, sentyabr ayında “Tomorrowland” Elektron Musiqi Festivalının təşkilatçıları köynəklərdəki çoxrəngli detalların “müxtəliflik, bərabərlik və inklüzivliyin qarşılıqlı dəyərlərinin simvolu” olduğunu vurğulayıblar. İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə daha əvvəl FİFA-nın xəbərdarlığından sonra inklüzivliyi dəstəkləyən “One Love” baş sarğılarını taxmaqdan imtina etməkləri barədə birgə bəyanat yaymışdılar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp