ABŞ və Uels DÇ-2022-nin ilk heç-heçəsini etdi. Amerikalılar üçün gözlənilən nəticədi. Çünki…

…ABŞ avropalılara qarşı son 10 matçın heç birində qələbə görməyib – 5 heç-geçə, 5 məğlubiyyət. “Yankilər” “Köhnə Qitə” təmsilçilərinə qarşı keçirdikləri son 18 matçın hamısında top buraxıb. DÇ-1950-də İngiltərə üzərində 1:0 hesablı qələbədən bəri ABŞ bəd seriyaya yaxalanıb.

Uelsə gəlincə, Qaret Beyl mundiallar tarixindəki ilk oyununda həm özünün, həm ölkəsinin ilk qolunu vurdu. Bu komandaya DÇ-də son qolu isə DÇ-1958-də Pele vura bilmişdi, dünən Timoti Vea futbol əfsanəsini unutdurdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp