“Turan Tovuz” ciddi itki ilə üzləşib. Qərblilərin əsas müdafiəçilərindən olan Siyanda Xulunun bu il komandaya kömək edə bilməyəcəyi dəqiqləşib.

Cənubi Afrika Respublikasından olan futbolçu millinin düşərgəsində zədələnib. Anqola yığması ilə 1:1 hesabıyla başa çatan yoxlama matçında start heyətdə forma geyən mərkəz müdafiəçisi fasilə ərəfəsində əvəzlənmişdi.

Həkim müayinəsindən sonra Siyandanın çiyninin sındığı bəlli olub. Onun azı 6 həftə məşq edə bilməyəcəyi dəqiqdi. Bu isə futbolçu üçün 2022-ci ilin erkən bitməsi deməkdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp