Lionel Messi 4 Dünya Çempionatında qol vurmuş ilk argentinalı oldu. Ümumi götürdükdə isə Leo Pele, Uve Zeeler, Miroslav Kloze və Kriştianu Ronaldodan sonra bunu bacaran 5-ci futbolçudur.

Qətərdəki yarışın Messinin sonuncu mundialı olacağını nəzərə alsaq, onun rekordçu olması mümkün deyil. Əvəzində Ronaldo bunu bacara bilər. Belə ki, Portuqaliyalı bu yarışda fərqlənməyi bacarsa, 5 mundialda qol vurmuş yeganə oyunçu olacaq.

İlk qolunu 2006-cı ildə vuran Messi başqa bir rekordla öyünə bilər. Belə ki, onun ilk və son qolu arasında 6003 gün fərq var ki, bu da ən uzun müddətdi. Lionelin qarşıdakı matçlarda fərqlənməklə müddəti bir qədər də uzatmaq imkanı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp