“Neftçi” Qazaxıstan yığmasının və “Kayrat”ın futbolçusu, hazırda “Zenit”də icarə əsasında çıxış edən Nurali Aliplə həqiqətən maraqlanırmış. Amma bu, rəsmi təklifə çevrilməyib.

Rusiya klubunda çıxış edən yarımmüdafiəçi futbolinfo.az-a açıqlamasında danışıqlardan məlumatı olmadığını bildirib: “Heç bir məlumatım yoxdur. Bu barədə “Kayrat” rəhbərliyindən və menecerimdən soruşa bilərsiniz”.

O, Azərbaycanda “Qarabağ” və “Neftçi”ni izlədiyini deyib: “Azərbaycan futbolundan xəbərdaram və milli səviyyəsində son Millətlər Liqasında qarşılaşmışıq. “Qarabağ” və “Neftçi”ni tanıyıram, onların nəticələri ilə də tanışam”.

Nuralinin bizi “Kayrat” rəhbərliyinə və menecerinə yönəltməsi təəccüblü deyil. Çünki “Neftçi” rəsmiləri nişan verilən şəxslərlə danışıb, amma razılıq əldə olunmayıb. Qazaxıstan klubu futbolçusunu növbəti dəfə icarəyə verməyi yox, satmağı düşünür. Amma onların istədiyi məbləğ həddindən artıq çox olduğundan, bakılılar bu dəftəri qapayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp