Azərbaycan kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”a məğlub olan “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli oyundan sonra mətbuat konfransında iştirak edib.

Bölgə klubunun çalışdırıcısı komandasının 0:1 hesablı məğlubiyyəti barədə bunları deyib: “Bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionat oyununda onları 3:1 məğlub etmişdik. Ehtimal edirdik ki, “Turan Tovuz” bizimlə oyuna ciddi hazırlaşacaq. Komandamın hər iki hissədəki oyununu yaxşı dəyərləndirirəm. Çoxsaylı qol imkanları yaratdıq, təəssüf ki, onları qola çevirə bilmədik. Həm hücum, həm müdafiədə yaxşı oynadıq. Futbolda “vurmayana, vurarlar” prinsipi işə düşdü, nəticədə uduzduq. Ancaq biz önümüzə baxırıq. Artıq növbəti oyunu düşünəcəyik. “Turan Tovuz”a gələcəkdə uğurlar arzulayıram”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp