Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə keçirilən iki oyun “Champions Chess Tour” seriyasının ilk “doqquzluğ”unda yer alıb.

Yarışın rəsmi saytında seriyanın ən yaxşı matçı ilə bağlı sorğu keçirilib. Məmmədyarovun sonda ikinci olduğu səkkizinci mərhələdə – “Aimchess Rapid” turnirində Aniş Giri (Niderland) və Rixard Rapportla (Rumıniya) duelləri ən yaxşılar arasında yer tutub. Səsvermənin nəticələrinə görə, Məmmədyarovun Giri ilə oyunu dördüncü, rumıniyalı ilə dueli isə səkkizinci olub.

Seriyanın altıncı mərhələsi olan “Crypto Cup”da Maqnus Karlsen (Norveç) və Alireza Firuzca (Fransa) arasında keçirilən oyun isə birinci yeri tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp