Sabirabadda, rayonunun Nərimankənd kəndində futbol meydançası istifadəyə verilib. Şəhər ictimaiyətinin nümayəndələri və kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib.

Yeni salınan torpaq meydançada ilk futbol matçları da keçirilib. Kənd komandalarının iştirakı ilə reallaşan yarışda qalib komandaya medal və kubok təqdim olunub.

Qeyd edək ki, kənd ərazisində istifadəyə verilən meydançada yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərin görülməsi nəzərdə tutulub.

BƏHRUZ MUSAYEV, Sabirabad

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp