“Qarabağ” Julio Romaonu icarəyə verməyəcək. Ümidləri doğrulda, əsas heyətə düşə bilmədiyi üçün qışda başqa komandaya göndəriləcəyi deyilən braziliyalı heyətdə saxlanılacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dayaq yarımmüdafiəçisini başqa komandaya göndərməkdənsə, mütəmadi oynatmaqla qazanmaq istəyir. Bu səbəbdən futbolçunun “Səbail” və ya “Zirə”yə göndəriləcəyi ilə bağlı deyilənlər doğru deyil.

“Qarabağ” 2026-cı ilin yayına kimi müqaviləsi olan Romaonu həm də heyətin genişliyi üçün düşərgədə saxlayacaq. Komanda ölkə çempionatında, kubokda, eyni zamanda Konfrans Liqasında mübarizə aparır. Zədəlilərin, cəzalıların olacağını nəzərə alan Qurbanov təcrübəli futbolçuya ehtiyac duyur.

Əvəzində İsmayıl İbrahimlinin komandadan getməsi mümkündü. “Şamaxı”nın israrla istədiyi yarımmüdafiəçi yaya kimi icarəyə verilə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp