Birvaxtlar “Real” və “Barselona”da bir-birinə qarşı amansız mübarizə aparan Kriştianu Ronaldo və Luis Suares indi eyni aqibətə düşar olub. Karyerasının qürub çağını yaşayan hücumçular hər ikisi klubsuzdu.

Futbolinfo.az xəbər verir ki, ən maraqlısı onların noyabrın 28-də üz-üzə gələcəyidi. Ronaldo Portuqaliya, Suares Uruqvay millisinin düşərgəsindədi və bu komandalar eyni qrupda yer alıb. 2-ci tur çərçivəsindəki matç klubsuzların dueli kimi əlamətdar olacaq.

Luis bir müddət öncə ilk klubu “Nasional”la vidalaşıbsa, Kriştianu bu gün “Mançester Yunayted”dən rəsmən ayrıldı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp