Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “Şamaxı”nın ikinci komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-18-in qollarını biri penaltidən olmaqla 49-cu və 81-ci dəqiqələrdə Sənan Ağalarov vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp