“Bayern”in sabiq prezidenti Karl-Haynts Rummenigge PSJ və “Mançester Siti”nin transfer siyasətindən narazıdı.

Futbolinfo.az xəbər verir ki, veteran futbolçu bu klubların transfer bazarına pis təsir etdiyini düşünür: “PSJ və “Mançester Siti” balansı pozur, bazarı qarışdırır. Hər il vəziyyət daha da çox idarəetmədən çıxır”.

Rummenigge “Bayern”i yaxşı mənada nümunə göstərir: “Münhen klubunun bəlli fəlsəfəsi var. 30 ildir balanslı siyasət yürüdürlər və çox uğurlu işlər görürlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp