İspaniya bu gün Kosta Rikanı 7:0 hesabı ilə yenməklə Dünya Çempionatları tarixində ən fərqli nəticəsini qazandı. Amma onlar rekorda nail ola bilmədilər.

Futbolinfo.az xəbər verir ki, DÇ-2010-da Portuqaliya da bu hesaba sevinmişdi. O zaman 7 cavabsız qola Şimali Koreya üzülmüşdü.

Dani Olmo ilə 100-cü qolunu vuran İspaniya yığması həm də bu həddə çatan 6-cı komanda oldu. Daha öncə Argentina, Braziliya, Fransa, Almaniya və İtaliya qol sayını üçrəqəmli etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp