Dünya çemponatları üçün statistikalar 1966-cı ildən hesablanır. Həmin zamandan bəri oyun ərzində hansısa komandanın rəqib qapısına tərəf zərbə vurmadığı cəmi 2 oyun var.

Maraqlıdı ki, hər iki halda Kosta Rika tarixə düşüb. Bu komanda 1990-cı ildə Braziliya ilə matçda yaşadığı uğursuzluğu indi də İspaniyaya qarşı təkrarladı. Şimali amerikalılar ispanları başqa məsələdə də rekordçu etdi.

Avropa təmsilçisi mundiallar tarixində oyunun əsas vaxtında 1000-dən artıq ötürmə ilə oynayan ilk komanda oldu. İspanlar dəqiq ötürmələrdə (976) və topasahibolma faizində (81,8) də dünya rekordu müəyyənləşdirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp