Belçika DÇ-2014-dən bəri bu yarışda keçirdiyi 13 oyundan 11-də qələbə qazanıb. Bu, qeyd edilən müddətdə digər komandaların hamısının göstəricisindən daha yaxşıdı.

Dünən Kanada üzərində qazanılan 1:0 hesablı qələbə təsadüfi deyildi. “Qırmızı şeytanlar” qrup oyunlarında ardıcıl 8 qələbə qazanıb ki, bunu tarixdə yalnız Braziliya (2 dəfə) bacarıb.

Belçikanın qələbə qolunu vuran Mişi Batşuayinin statistikası da heyran edir. “Fənərbaxça”nın hücumçusu Dünya Çempionatlarında 2-ci qolunu vursa da, milliyə hər turnirdə kömək edir. Onun forma geydiyi 25 matçda 23 qolun vurulmasında iştirak etməsi əla göstəricidi – 18 qol, 5 məhsuldar ötürmə.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp