Dünya Çempionatının ilk turu çərçivəsində baş tutan İsveçrə – Kamerun matçı başa çatdı. Oyunda yeganə qolu kamerunlu vursa da, alib gələn avropalılar oldu.

Yox, avtoqol qeydə alınmadı. Sadəcə, isveçrəlilərin hücumçusu Breel Embolo əslən kamerunlu olduğundan belə yazırıq. Tarixi vətəninin komandasına vurduğu qola sevinməyən forvard, istənilən halda, 3 xalı təmin etdi.

Bu qolun məhsuldar ötürməsini verən Xerdan Şakiri isə İsveçrə üçün önəmli işlər görməyə davam edir. Millisinin son 4 böyük turnirdə vurduğu 24 qolun tən yarısında onun xidməti var. Cinah hücumçusu 8 qol, 4 məhsuldar ötürmə ilə millisinin lideridi. Yığmanın ona ən yaxın üzvü yalnız 4 qol, 2 məhsuldar ötürmə ilə seçilib.

isvicre kamerun ilk gol gledi canli 1669288580 324 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp