Bu gün Dünya Çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində Serbiya yığması mundialın favoritlərindən olan Braziliya ilə üz-üzə gələcək.

Futbolinfo.az Azərbaycanda oynayan serb futbolçulardan həmyerlilərinin yarışın favoriti olan Braziliya ilə qarşılaşması barədə fikirlərini soruşub.

Nemanya Andelkoviç (Zirə): “Düşünürəm ki, hər şey mümkündür. Futbolda bütün nəticələri gözləmək olar və dünya çempionatının ilk 5 günü bunu göstərdi. Bilirik ki, Braziliya matçın da, turnirin də favoritidir. Amma Serbiyanın da heyəti zəif deyil. Çoxlu sayda yaxşı oyunçular var. Əla baş məşqçiyə sahibik. Yaxşı oyun gözləyirəm. Serbiyadann qələbə gözləyirəm və dostum Nikola Milenkoviçin qol vuracağına ümid edirəm. Komandamızdan dünya çempionatında yaxşı nəticə gözləyirik”.

Voislav Stankoviç (Neftçi): “Braziliya qrupun aşkar favoritdir. Amma Serbiyanın itirəcəyi bir şey yoxdur, onlar sadəcə, qalib gəlsə, ya heç-heçə etsə, böyük nəticə göstərmiş olacaq. Necə olacağını görəcəyik. Ümid edirəm ki, Serbiya yaxşı oynayacaq və uduzmayacaq. Çətin olacaq. Çünki indi Braziliya böyük ulduzlara, yüksək səviyyəli oyunçulara malikdir. Serbiya üçün bu gün axşam çətin olacaq. Amma futbolda hər şey olur. Argentinanın Səudiyyə Ərəbistanına uduzacağını heç kim gözləmirdi. Hər halda, uduzdular. Ümidvaram ki, bəlkə Serbiya da hansısa sürpriz etdi. Edə biləcək, ya yox – baxarıq. Təkrar edirəm ki, Braziliya tək qrupun deyil, mundialın ən güclü komandasıdır. Yaxşı nəticə əldə etmək Serbiyaya çox çətin olacaq”.

Boyan Letiç (Sabah): “Təbii ki, DÇ-ni izləyirəm. Belə böyük yarışmada hər şey mümkündür. Gördüyünüz kimi, indiyə qədər 2-3 sürpriz olub. Serbiyanın əla komandalarda oynayan keyfiyyətli futbolçuları var. Düşünürəm ki, çempionatda sürpriz ola bilər. Məncə, qrupdan keçməyə motivasiyan olmalıdırlar. Sonra hər şey mümkündür, belə şeylər bəxt tələb edir”.

f2vdds2zgd3dyzcrvojd - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp