“Neftçi”nin futbolçusu Voislav Stankoviç Misli Premyer Liqasının 15-ci turunda üz-üzə gələcəkləri “Səbail”lə matçdan danışıb.

Futbolinfo.az-a açıqlama verən təcrübəli müdafiəçi qələbə üçün oynayacaqlarını bildirib: “Səbail”lə oyunda işimizin öhdəsindən gələcəyimizə ümidvaram. Onlar kubokda qalib gəliblər və əhval-ruhiyyələri yüksəlib. Amma biz də hiz hazırlaşırıq. Meydana çıxıb qalib gəlməyə çalışacağıq. Necə alınacağına baxacağıq. Qələbə qazanmaq üçün gücümüz və oyunçularımızın keyfiyyəti var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp