Bu gün İsveçrə millisinin heyətində tarixi vətəni Kamerunun yığma kimandasına qol vuran Breel Embolonun maraqlı həyat hekayəsi var. Vurduğu qola sevinməyən hücumçu alqışalayiq addım atdı.

Embolo 1997-ci ildə Kamerunun paytaxtı Yaundedə doğulub. Valideynləri o çox kiçik olarkən boşanıb və 5 yaşı olarkən anası Breeli də götürərək Fransaya köçüb. Və burada bir isveçrəli ilə tanış olub, evlənib, Bazelə köçüb. Embolonun peşəkar karyerası da 2010-cu ildə şəhərin eyniadlı komandasında başlayıb.

Mbolo bu gün meydana çıxan İsveşrə yığmasının yeganə əcnəbisi deyildi. İlk dəqiqələrdən meydanda yalnız 4 isveçrəli – Sommer, Vidmer, Elvedi, Frauler – var idi. Albanlar – Caka və Şakiri, kamerunli Embolo, nigeriyalı Akanji, çilili Rodriges, seneqallı Sou, dominikanlı Varqas. Daha sonra iki isveçrəli (Fray, Riyder), bir nigeriyalı (Okafor), bosniyalı (Seferoviç) və türk (Comərt) meydana çıxdı. Baş məşqçi Murat Yakını da hamı tanıyır.

Embolonun hansı şəraitdə isveçrəli olmasından bəhs etdik. Digər futbolçularının da oxşar hekayələri var. Və onlar hamısı beynəlmiləl komandaya çevrilmiş İsveçrəni qələbəyə daşımağı bacardı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp