Rusiya idmançıları bütün yarışlardan kənarlaşdırılsa da, Qətərdəki mundialda bu ölkənin vətəndaşı olan futbolçu var. İsveçrə ilə oyunda meydana çıxan Qael Ondua Kamerunun şərəfini qorusa da, şimal qonşularımızın yetirməsi sayılır.

Diplomat atasına görə 9 yaşında Rusiyaya köçən, “Lokomotiv”də futbolun sirrlərini öyrənən Ondua, ÇSKA və “Anji”də də oynayıb. Bu üzdən Rusiya pasportu var, bu ölkənin vətəndaşıdı.

Amma uzun illər gözləsə də, Qael Rusiya millisinə dəvət almayıb, əvəzində vətəni Kamerunda ona ehtiyac duyublar. Dünya Çempionatına yollanmaq perspektivini nəzərə alan futbolçu tarixi vətənini seçib.

Ondua hazırda Almaniyanın “Hannover” klubunun şərəfini qoruyur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp