“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao ölkəsinin milli komandasının DÇ-dəki çıxışı ilə bağlı danışıb.

Futbolinfo.az-a açıqlama verən “sambaçı” yığmadan 6-cı dünya çempionluğunu gözlədiyini bildirib: “Komandamız mundialın favoritlərindəndir. Həmişə olduğu kimi, yenə iddialı heyət var. Heyətdəki futbolçular çox güclüdürlər. Həm texniki baxımdan, həm taktiki cəhətdən hazırlıqlıdılar, şansımız böyükdür. Həm mən, həm də ailəm inanırıq ki, Braziliya dünya çempionu olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp