1966-cı ildən bəri 2-ci dəfə hansısa Dünya Çempionatı matçında qapıya cəmi bir zərbə vuruldu. İlk dəfə belə hal 1986-cı ildə, Danimarka – Şotlandiya matçında yaşanmışdı. Bu gün isə Uruqvayla Cənubi Koreya bunu “bacardı”.

Uruqvay mundialda qrup matçlarında ardıcıl 5-ci dəfə qol buraxmadı. İngiltərənin sabiq hücumçusu Ueyn Runinin 2014-də vurduğu qoldan sonra cənubi amerikalılar 465 dəqiqədi qapısını toxunulmaz saxlayır.

Luis Suaresin də qocaldığı hiss olunur. Uruqvaylı hücumçu indiyədək heç bir DÇ matçında topa 33 dəfədən az toxunmamışdı. Bu gün isə o, cəmi 18 dəfə bunu bacardı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp