Dieqo Qodin Dünya Çempionatlarında iştirak edən ən yaşlı uruqvaylı oldu. Bu gün Cənubi Koreya iləmatçda meydana çıxan mərkəz müdafiəçisi cəmi iki gün fərqlə rekordçuya çevrildi.

Milli komandanın əvvəlki rekordçusu Odbulio Xasinto idi. Bu futbolçu 1954-cü il mundialında 36 yaş 279 günlə tarixə düşmüşdü. Qodin 36 yaş 281 günlə onu unutdurdu.

Dieqo göstəricisini bir qədər də yaxşılaşdıracaq. Qarşıda növbəti oyunlar var və müdafiəçi hər keçən gün daha da qocalır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp