Adrien Rabio müqaviləsi bitənə kimi “Yuvüntus”da qalmaq niyyətindədi. Fransa millisinin yarımmüdafiəçisi Dünya Çempionatının qızğın vaxtında bu barədə düşünmək, yeni klubla bağlı müzakirələrə qoşulmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, Rabio müqavilə barədə düşünməyə zamanının olacağını deyib: “İndi bunun zamanı deyil. “Yuventus”la yeni müqavilə bağlamaq və ya başqa kluba getmək barədə düşünmürəm. Mundial bitsin, vəziyyətə uyğun qərar verəcəm”.

Adrienin Turin klubu ilə müqaviləsi 2023-cü ilin iyununda bitəcək. PSJ onu transfer etməyə çalışır, amma “Yuventus” da aparıcı futbolçusunu itirmək niyyətində deyil. Yarımmüdafiəçi anlaşma müddətini uzatmasa, yayda azad agent olacaq. Bu səbəbdən İtaliya klubu ya onu razı salmaq, ya da pul qazanmaq üçün qışda satmaq niyyətindədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp