İtaliya klubları çempionatlardakı fasiləni fürsət bilərək transfer çalışmalarını sürətləndirib. Qışda heyəti gücləndirmək istəyənlər indidən danışıqlara start verib.

A Seriyasında işləri yaxşı getməyən “Kremoneze” hücum xəttinə əl gəzdirməyi düşünür. Sözügedən klub “Roma”da az şans qazanan Eldar Şomuradovu hədəf alıb. Paytaxt klubu özbək forvardı 7 milyon avroya satmağa razıdı.

“Atalanta” isə axtardığını Almaniyada tapıb. Berqamolular “Ştutqart”ın müdafiəçisi Borna Sosanı transfer etmək niyyətindədi. Tərəflər ilkin təmas qurub və 20 milyon avro ətrafında danışıqlar gedir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp