Marko Asensio “Real”da qalmaq istəyir. Çoxu ingilis klublarından olmaqla xeyli təklif alan ispan yarımmüdafiəçi iş yerini dəyişmək niyyətində deyil.

Marko istədiyi qədər oynamaq şansı qazana bilməməsinə baxmayaraq, Madriddə xoşbəxt olduğunu deyir: “Müqavilə müddətini uzadacağıma ümid edirəm. “Real”da xoşbəxtəm. Məmnuniyyətlə daha 10 “Kral Klubu”nda qalaram”.

Asensio eyni zamanda hər şeyin ondan asılı olmadığını, yekun qərarı klubun verməli olduğunu anladığını deyir.

Xatırladaq 26 yaşlı oyunçunun transfer qiyməti 25 milyon avrodu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp