“Qarabağ” Futbol Akademiyasında dəyişiklik olacaq. Klubun aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğanla yeni müqavilə bağlanmayacaq.

Futbolinfo.az-ın əldə etdiyi xəbərə görə, müqaviləsi bitmək üzrə olan Doğanın yerinə yeni direktor axtarılır. Rəhbərlik bunun üçün artıq bir neçə nəfərlə danışıq aparıb.

Tacəddin bəylə vidalaşmağın səbəbi ondan şikayətlərin çoxalması ilə bağlıdı. Valideynlərin narazı qaldığı türkiyəli mütəxəssis klubda normal iş mühiti də yarada bilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp