İran Dünya Çempionatları tarixində ilk dəfə Avropa təmsilçisinə qalib gəldi. Bu, həm də cənub qonşularımızın avropalılardan top buraxmadığı ilk matçdır.

Uelsin qapıçısı Ueyn Hennesi isə meydandan qovulan 3-cü qapıçı oldu. 1994-də italiyalı Canluka Palyuka Norveçlə, 2010-da CAR-lı İtumelnq Kune  Uruqvayla görüşlərdə qırmızı vərəqə görmüşdü.

İranın hücumçusu Sərdar Azmun isə başqa göstərici ilə önə çıxdı. O, Uelslə matçda bir dəqiqə ərzində iki dəfə topu dirəyə vurdu. Ötən tur ingilislərə matçda da tiri yoxlayan futbolçu hazırkı mundialdan bu baxımdan hamıdan öndədi.

Xatırladaq ki, 2-ci turun ilk matçında Uelsi 2:0 hesabıyla yenən İranın qrupdakı son rəqibi ABŞ olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp