“Bayern” Lukas Ernandeslə yeni müqavilə imzalamaqda maraqlıdı. Münhenlilərin fikrini sol cinah müdafiəçisinin Fransa yığmasının heyətində mundialda keçirdiyi ilk oyunda zədələnərək mövsümü erkən başa vurması da dəyişməyib.

Futbolinfo.az xəbər verir ki, fransalı oyunçu 2024-cü ilin yayına kimi müqaviləylə “Bayern”ə məxsusdu. Amma bu müddət almanları qane etmir, onlar 26 yaşlı oyunçu ilə yeni sözləşmə imzalamağı hədəfləyib.

Məsələni qəlizləşdirən Lukasın PSJ-nin də hədəfinə düşməsidi. Parislilər müdafiəçini vətənə qaytarmaq üçün daha sərfəli müqavilə təklif edir. Ernandes bu üzdən hazırkı klubu ilə anlaşmanı yeniləməyə tələsmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp